Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən daha bir nəfəri müəyyən edib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1980-ci il təvəllüdlü, Şirvan şəhər sakini Qocayeva Mahirə Firudin qızının gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları fahişəliyə cəlb etməsi faktı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.