Daxili İşlər Nazirliyi dünən suya aşan estakada ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 6-da saat 16 radələrində ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-nin dəniz mədənlərinin birində estakada meydançası suya aşıb. Orada işləyənlərdən - Bakı şəhər sakini Oktay Yusifovun meyiti sudan çıxarılıb, Bakı şəhər sakini Zərbəli Ağayevin tapılması üçün tədbirlər görülür. Samux rayon sakini Rauf Abdullayev, Ordubad rayon sakini Samir Şəfiyev və Bakı şəhər sakini Qafar Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.