
DİN-dən açıqlama: “Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb”
0
0
"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".
Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:
“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb.
0
0
Oxşar yazılar

Bakıda DƏHŞƏT: Kirayəçi 18-ci mərtəbədən yıxılıb öldü
8 sentyabr 2025 , 15:08
1988-1989-cu illərdə azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər məhkəmədə
8 sentyabr 2025 , 15:06
Bakı bulvarında dənizdən meyit tapıldı
8 sentyabr 2025 , 15:03
Polisi güllələyən yeniyetmə ilə bağlı YENİ DETALLAR – Atası şokda
8 sentyabr 2025 , 14:47
Laçında traktor dərəyə aşdı, ölən var
8 sentyabr 2025 , 13:48
Masazırda mənzildə meyit tapıldı
8 sentyabr 2025 , 13:04
Turizm şirkətlərinin fırıldaqçılığı ilə bağlı cinayət işi açıldı
8 sentyabr 2025 , 12:42