Gömrük Komitəsi yayılan videolara cavab verdi
24 may 2018 14:34 (UTC +04:00)

Gömrük Komitəsi yayılan videolara cavab verdi

Ötən gün sosial şəbəkələrdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına ittihamların əks olunduğu video yayılıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, videoda Azərbaycan vətəndaşı olan şəxs İrandan gətirdiyi və iddiaya görə, əsasən ərzaq məhsullarından ibarət yükün gömrükdən əsassız şəkildə buraxılmamasından şikayət edərək buna gömrük əməkdaşlarının və gömrük orqanlarının qanunsuz əməlləri kimi don geyindirməyə çalışır: "Dövlət Gömrük Komitəsi bildirir ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə güzəştli qaydada gətirilən ərzaq məhsullarının miqdarı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" barədə Azərbaycan Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən olunub. Həmin qərara əsasən, fiziki şəxslər hər təqvim ayı ərzində 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını güzəştli qaydada, yəni gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə bilərlər.

 

Videoda gömrük orqanlarının və gömrük əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürən Astara rayon sakini Faiq Cəfərzadəyə gəlincə isə o 4, 12, 18 və 20 aprel tarixlərində, ümumilikdə 1 ayda 4 dəfə, 2, 14, 16, 17 və 22 may tarixlərində isə ümumilikdə 5 dəfə İran İslam Respublikasına səyahət edib və dəfələrlə xəbərdarlıq edilməsinə, müvafiq izahat və təbliğat işləri aparılmasına baxmayaraq, hər dəfə geri dönərkən özü ilə qanunda nəzərdə tutulandan artıq miqdarda ərzaq məhsullarını gömrük sərhədindən keçirməyə cəhd göstərib. Üstəlik, bu cəhdlər zamanı hər dəfə ona gömrük qanunvericiliyinin tələblərini izah edən gömrük əməkdaşlarını müxtəlif ifadələrlə ittiham və təhqir edib.

 

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları və xarici ölkələrə səyahət edən şəxsləri gömrük qanunvericiliyinin tələblərinə əməl etməyə, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumat yayarkən diqqətli, qərəzsiz və qanunun aliliyinə hörmət etməyə çağırır".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10