Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 30-da saat 05.00 radələrində Xaçmaz rayonunun Yalama kəndində yaşayan Abdulhəlim Muradxanovun həyətində olan vaqonda yanğın baş verib. Vaqonun yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra A.Muradxanovun yanmış meyiti tapılıb.