Bakıda ailə faciəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şuşa rayon sakinləri, Zaur Araz oğlu Rəhimov və onun bacısı qızı, 2 yaşlı Fəridə İsgəndər qızı Paşayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq F. Paşayevanın həyatını xilas etmək mümkün olmayıb. Z. Rəhimovun vəziyyəti isə ağır olaraq qalır.