Çin yeni kosmodrom tikib
17 oktyabr 2014 11:05 (UTC +04:00)

Çin yeni kosmodrom tikib

0

Çində yeni Vençan kosmodromunun inşası üzrə əsas işlər başa çatdırılıb. Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirliyi “Jenmin jibao” qəzetinə istinadən məlumat yayıb.

 

Haynan tropik adasındakı yeni kosmodrom ağır raketdaşıyıcılarının buraxılışı üçün istifadə olunacaq. Start meydançası hazır olan Çinin dördüncü kosmodromunun üstünlüyü onun texnoloji baxımdan yüksək səviyyədə təchiz olunması ilə yanaşı, en dairəsindən aşağıda yerləşməsindədir. Start meydançasının ekvatora yaxınlığı kosmik aparatların orbitə çıxarılması üzrə vəzifənin həllini asanlaşdırır. Kosmodromun tikintisi 5 il çəkib.

 

Növbəti ildə burada ilk ağır “Çançjen-5” raketdaşıyıcısının buraxılışı planlaşdırılır. Raketdaşıyıcısı çoxpilləli universal seriyalı olmaqla orbitə 25 ton ağırlığınadək yükləri çatdıra biləcək.

 

Vençan kosmodromu Çinin gələcək kosmik proqramının həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyacaq.

 

Kosmodromdan müxtəlif tip peyklərin buraxılışı ilə yanaşı, orbitə Milli Kosmik Stansiyanın komponentlərinin çatdırılması və Aya missiyaların həyata keçirilməsi üçün istifadə olunacaq.

 

2017-ci ildə burada avtomatik rejimdə Aya eniş və Yerə süxur nümunələrinin qaytarılması vəzifəsini həll edəcək “Çane-5” kosmik aparatının startı nəzərdə tutulur. 2025-ci ildə Çin planetimizin təbii peykinə pilotlu uçuşu planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar