Çətənə əkən şəxs tutuldu
28 iyul 2018 20:22 (UTC +04:00)

Çətənə əkən şəxs tutuldu

Şabranda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, iyulun 28-da Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub.

 

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

 

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar