Cəlilabad rayonunda daha bir yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 45 yaşlı Vüqar Nuruyevin idarə etdiyi «VAZ-21011» markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Yardımlı rayon sakini Aydın Kazımovun idarə etdiyi «VAZ-2107» markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil hərəkət zolağından çıxaraq yolun kənarına yuvarlanıb. Nəticədə, «VAZ-21011» markalı avtomobildə olan sürücünün həyat yoldaşı, 43 yaşlı Rahilə Nuruyeva və onların azyaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən hazırda yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
İlkin versiya kimi qəzanın «VAZ-2107» markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Cəlilabadda yol qəzası: ana və qızı yaralanıb - YENİLƏNİB
1433