Cəlilabadda tanışlar arasında kütləvi dava olub.
APA-nın cənub bürosunun məlumatına görə, dava zamanı 1984-cü il təvəllüdlü Zaur Məhəbbət oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilk tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.