"Doğuşda əkiz körpələrini itirən ana təcili Bakıya gətirilməlidir" - YENİLƏNİB
18 mart 2014 15:14 (UTC +04:00)

"Doğuşda əkiz körpələrini itirən ana təcili Bakıya gətirilməlidir" - YENİLƏNİB

Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən ananın vəziyyəti kafi qiymətləndirilir.


Bu barədə APA-ya açıqlamasında Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində rayon sakini Gülnarə Şəmiyevanın üzərində doğuş məqsədilə ilə əməliyyat aparan cərrah Tosif Qasımov deyib.

 

T. Qasımov bildirib ki, hamiləliyinin 30-cu həftəsində xəstəxanaya müraciət edən qadının qanaxması olub: “Xəstəyə ginekoloq tərəfindən Lənkəranda əməliyyat edilməsi məsləhət görülüb. Lakin qadın buna razılıq verməyib. Bu gecə səhər saat 04.00 radələrində həkim mənə xəstədə güclü qanaxma olduğunu bildirdi və təcili olaraq əməliyyat etdik. Bu cür xəstələrdə cift ayrılır və uşaqlar boğulub ölür. Biz məcbur olub əməliyyatı etdik və körpələri ana bətnindən ölü olaraq çıxardıq”.

 

Cərrah bildirib ki, G. Şəmiyeva hestoz xəstəliyindən əziyyət çəkib və sidiyə gedə bilmədiyi üçün ayaqları şiş olub: “Əməliyyat bitəndən sonra xəstədə sidik ifrazı bərpa olunmadığı üçün baş həkimə müraciət etdim. Qadının Bakıda müalicəsinin davam etdirməsi üçün Səhiyyə Nazirliyinin rayona ezam olunacaq nümayəndəsini gözləyirik”.

 

T. Qasımov hazırda G. Şəmiyevanın vəziyyətinin kafi olduğunu bildirib.

 

 

*****

 

13.23

Cəlilabadda doğuş faciəsi: əkiz körpələr öldü

 

Azərbaycanın Cəlilabad rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb.


 

APA-nın məlumatına görə, rayon sakini, 1989-cu il  təvəllüdlü Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində daxil olub. Təbii doğuş alınmadığı üçün dərhal əməliyyata qaldırılan xəstənin əkiz oğlan uşaqları əməliyyat zamanı ölüb.

 

Ananın vəziyyəti də ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942
avatar

Oxşar yazılar