Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.