Cəbhədə iki erməni hərbçisi məhv edilib
05 iyun 2014 18:05 (UTC +04:00)

Cəbhədə iki erməni hərbçisi məhv edilib

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, erməni hərbçilər bu gün Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində öldürülüb.

 

Ermənistan Müdafiə Nazirliyi məhv edilən hərbçilərin adlarını da açıqlayıb.

 

Bunlar 1988-ci il təvəllüdlü Andranik Samveloviç Yeqoyan və 1992-ci il təvəllüdlü Boris Benikoviç Qasparyandır.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi şəhid olub.

 

Xatırladaq ki, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki genişmiqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız olmağı, cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4877
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28