Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları rayon ərazisində 20-dən çox mənzil qarət etməkdə təqsirli bilinən Şamaxı rayon sakini Asif Feyzullayevi yaxalayıb. APA TV-nin məlumatına görə, əvvəllər CM-nin 221.2.1-ci, xuliqanlıq maddəsi ilə təqsirləndirilən Feyzullayev rayon ərazisində oğurluqları gecə saatlarında həyata keçirib.
"Oğurluğu gecələr edirdim. Təxminən 20-yə yaxın mənzildən oğurluq etmişəm. Əlimə gələni götürüb çıxırdım".
Saxlanılan şəxsin dediyinə görə, hadisələri tək törədib. Oğurluq yolu ilə qazandığı pulları isə içki məclislərinə xərcləyib. Xəzər rayon Polis İdarəsi onu görüb tanıyanlardan və əməlindən əziyyət çəkən vətəndaşlardan növbətçi hissəyə məlumat verməyi xahiş edir.