Bulvarda 71 yaşlı kişi özünü dənizə atıb
12 iyul 2014 11:23 (UTC +04:00)

Bulvarda 71 yaşlı kişi özünü dənizə atıb

Kürdəmir sakini intihara cəhd edib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda “Yaxt Klub”un yanında qeydə alınıb.

 

Kürdəmir rayon sakini, 1943-cü il təvəllüdlü Yunis Allahverdi oğlu Yunisov intihar etmək məqsədilə özünü dənizə atıb. O, hadisə yerində olan parkın mühafizəçiləri tərəfindən xilas edilib.

 

Y.Yunisov Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Polisdən Y.Yunisovun ailə üzvlərinin xəstəliyi ilə əlaqədar intihar etmək istədiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar