Bu gün böyük ədib Əli bəy Hüseynzadənin doğum günüdür
24 fevral 2013 14:24 (UTC +04:00)

Bu gün böyük ədib Əli bəy Hüseynzadənin doğum günüdür

Bu gün Azərbaycanın böyük ədibi Əli bəy Hüseynzadənin doğum günüdür.

 

Lent.az-ın xəbərinə görə, Əli bəy Hüseynzadə ədib, filosof və ədəbiyyat tənqidçisi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir.

 

Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, onun Azərbaycan mətbuatı və publisistikasının inkişafında müstəsna xidmətləri var.

 

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Daha sonra ailəsi ilə birlikdə Tiflisə köçüb. Ə. Hüseynzadə Tiflisdə gimnaziyasını bitirib, tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

 

O, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

 

 

Ə. Hüseynzadə İstanbulda darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

 

1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedib, üç il sonra geri qayıdıb və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyib. Həmçinin siyasi fəalliyyətini davam etdirib, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olub.


Daha sonra Türkiyədən Azərbaycana qayıdıb və "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb.

 

Bir müddət sonra Əhməd bəy Ağaoğlu ilə birlikdə "Həyat" qəzetinin nəşrinə başlayıb.

 

1906-1907-ci illərdə isə “Füyuzat” jurnalının baş redaktoru olub

 

Ə. Hüzeynzadə pudlisistik fəaliyyəti ilə yanaşı dövrün digər görkəmli ziyalıları ilə birlikdə aktiv ictimain-siyasi fəaliyət də göstərib.  

 

1908-ci ildə o, milli ziyalılar təbəqəsi nümayəndələrinin formalaşmasında böyük rol oynayan “Səadət” məktəbinin direktoru olub. Həmin illər ərzində də özünün məşhur politologiya əsəri olan “Siyasəti-firusət”i yazıb.


1910-cu ildə Ə.Hüseynzadə yenidən Türkiyəyə köçüb, orada Türkiyə  ordusunun zabitinin qızı Adhiye xanımla ailə həyatı qurub. 1911-ci ildə o, “İttihad və tərəqqi” cəmiyyətinin Idarə heyətinin üzvü seçilib. Prezidiumun üzvləri arasında tanınmış türk ideoloqu Ziya Gökalp və Osmanlı imperiyası sultanının vəziri Tələt paşa da var idi. Elə həmin ildə Əli bəy “Türk Yurdu” təşkilatının yaradıcılarından birinə çevrilir, Əhməd bəy Ağayev (Ağaoğlu), Yusif Akçura, Ziya Gökalp və başqaları da onunla birgə bu təşkilata daxil olurlar.


O, ilk Azərbaycan Cümhuriyyətinin yaradılması ideyaaının fəal dəstəkçilərindən olub. İlk müstəqil respublikanın Türkiyə ilə əlaqələrinin qurulmasında müstəsna xidmətləri olub.  


Ə. Hüseynzadə həkim kimi “Tibb ensiklopediyası lüğəti”nin müəlliflərindən biri olub. O, Adam Smit, Con Milton, İ.V.Höte, Esxil, Ömər Xəyyam, Əbülqasım Firdovsi, Fridrix Şiller və başqalarından ədəbi, fəlsəfi əsərlər də tərcümə edib.
 

 O, 1940-cı ilin martında İstanbulda vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar