Böyük Vətən Müharibəsi veteranlarının təqaüdü artırıldı
25 yanvar 2016 18:38 (UTC +04:00)

Böyük Vətən Müharibəsi veteranlarının təqaüdü artırıldı

0

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə təqaüdünün artırılması ilə bağlı sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən

 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə  Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin  təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib.

 

 “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə  Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 708; 2013, № 12, maddə 1601; 2014, № 4, maddə 437) 1-ci hissəsində “100 (yüz)” sözləri “110 (yüz on)” sözləri ilə əvəz edilib.

 

 Nazirlər Kabineti  sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar