Bir kənd <span style="color:red;">ŞOKDA!  Ardıcıl iki dəhşətli hadisə
22 mart 2014 11:25 (UTC +04:00)

Bir kənd ŞOKDA! Ardıcıl iki dəhşətli hadisə

Bu gün Xaçmaz rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xaçmaz rayonunun Çarxı kəndində dəmir yolu xəttində oranın işçisini elektrik cərəyanı vurub . Hadisə şahidlərinin bildirdiyinə görə, külək 10 min voltluq elektrik naqilini qırıb və naqil vaqonun üstünə düşüb. Bu zaman vaqonda olan 20-25 yaşlı dəmir yolu işçisi yanaraq ölüb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır.

 

Bu arada, Xaçmazın Çarxı kəndində martın 20-si axşam saatlarında baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Bəlli olub ki, kənd sakini 50 yaşlı Aqil Məmmədov özünü yandırmazdan əvvəl xeyli spirtli içki qəbul edib. Sakinlərin bildirdiyinə görə, A.Məmmədov bir neçə il əvvəl sərxoş vəziyyətdə oğlunu vəhşicəsinə döyüb. Daxili orqanları zədələnən uşaq hadisədən bir müddət sonra ölüb. Bundan sonra ailənin faciəsi daha da artıb. A.Məmmədov tüfeyli həyat tərzini seçib. Bunu görən onun həyat yoldaşı da evdən gedib. Tənha qalan 50 yaşlı kişi, nəhayət, dəhşətli intihar üsulu seçib. O qapı-pəncərələri bağlayaraq, özünün olduğu otağa və bütün evə od vurub. A.Məmmədov diri-diri yanaraq ölüb.

 

Xaçmazın Çarxı kəndində iki gün daxilində baş vermiş bu dəhşətli hadisələr kənddə böyük şok effekti yaradıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8659
avatar

Nizam Rza

Oxşar yazılar