Bir həftədə eyni mənzil 5 dəfə yanıb - YENİLƏNİB
23 yanvar 2014 10:20 (UTC +04:00)

Bir həftədə eyni mənzil 5 dəfə yanıb - YENİLƏNİB

Ağdaş rayonunda bir fərdi yaşayış evində müəmmalı yanğın hadisələri baş verib.

Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gün saat 18:00 radələrində Müşfiq İsayev küçəsi dalan 4, ev 24-də yanğın hadisəsi baş verib.

 

1932-ci il təvəllüdlü Mövlanov Həmdiyyə Əlipaşa oğluna məxsus ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 54 kvadratmet olan iki otaq içindəki əşyalarla birgə yanıb, evin qalan hissəsi alovdan mühafizə edilib.

 

Rayon  Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, son 3 gün ərzində həmin evə 3 dəfə yanğın hadisəsi ilə bağlı çağırış olub. Hər üç hadisə zamanı yanğınsöndürənlər orada iştirak edib və alovun genişlənməsinin qarşısı alınıb.

 

Ev sahibi Həmdiyyə Mövlanov APA-ya bildirib ki, ailəsi ilə birgə yaşadığı evdə son bir həftədə 5 dəfə irili-xırdalı yanğın hadisələri olub. Ayrı-ayrı vaxtlarda yataq otağındakı döşəklər, pərdələr, soyuducu, kreslo yanıb. Bu dəfə isə ailə üzvləri yanğından gec xəbər tutduqları üçün evin iki otağı yanıb. Ailənin bütün üzvləri hər an yanğın hadisəsinin yenə baş verəcəyindən ehtiyat edərək hazırda gecə-gündüz evə nəzarət edirlər. Əşyaların nədən yandığı çox maraqlıdır.

 

Bu hadisəni görənlər təəcüblənirlər. Çünki həmin əşyalar olan yerdə elektrik naqili və ya soba yoxdur. Hadisələrin  başvermə səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar