
Binəqədidə sərxoş sürücü qəza törətdi, 3 nəfər yaralandı
Binəqədidə sərxoş sürücü qəza törədib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsində "VAZ 2107" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Cəlilabad rayon sakini Murtəza Həsənov sərt döngədə idarəetməni itirib. Nəticədə "VAZ 2107" yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.
Minik avtomobilində olan sürücü və iki sərnişin ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis əməkdaşları gəlib. Taksi fəaliyyəti ilə məşğul olan Murtəza Həsənov və sərnişinlərinin sərxoş olduğu bildirilib.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49