Binəqədidə müstəqilliyin 23-cü ili qeyd edilib
17 oktyabr 2014 14:25 (UTC +04:00)

Binəqədidə müstəqilliyin 23-cü ili qeyd edilib

Binəqədi rayonunda 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Hüseynbala Mirələmov, Rəfael Cəbrayılov, Madər Musayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun ziyalıları və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Binəqədi RİH başçısı və qonaqlar Ulu Öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlayıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı akt zalında gerçəkləşən tədbirdə tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun qələmə aldığı “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşa yekunlaşdıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. RİH başçısı, bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd edib. X.İsgəndərovun çıxışında təbii sərvətlərlə zəngin olan bir sıra ölkələrdə hökm sürən xaosa, müstəqilliyin formal olmasına toxunulmuş, bunun fonunda Azərbaycanın sözün həqiqi mənasında müstəqil dövlət kimi möhkəmlənməsini əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdığı xüsusi vurğulanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar