Biləsuvarda akkumulyator oğruları yaxalandı
05 dekabr 2014 22:38 (UTC +04:00)

Biləsuvarda akkumulyator oğruları yaxalandı

0

Lent.az-ın məlumatıan görə, polis şöbəsinə daxil olan müraciətlərdə yük maşınlarından akkumulyatorların naməlum şəxslər tərəfindən oğurlanaraq aparıldığı qeyd olunub. 

 

Həmin müraciətlərə əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluqda şübhəli bilinən Biləsuvar şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur Arif oğlu Hüseynov və Cavid İsmayıl oğlu Şirinov isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.  

 

Araşdırmalar zamanı saxlanılan şəxslərin bir neçə gün müddətində müxtəlif markalı yük maşınlarından akkumulyatorları oğurlamaqla, həmin nəqliyyat vasitələrinin sahiblərinə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurduqları məlum olub. İstintaqa verdikləri ifadələrində Elnur Hüseynov və Cavid Şirinov oğurladıqları akkumulyatorlari ucuz qiymətə  Biləsuvar və Cəlilabad bazarlarında sataraq pul əldə etdiklərini bildirməklə,  törətdikləri əməldən peşman olduqlarını dilə gətiriblər.

 

Faktla bağlı Biləsuvar RPŞ-də  cinayət işi açılıb, araşdırma aparılır.

 

Ağəddin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar