Beynəlxalq Gənclər Günü qeyd olundu
12 avqust 2013 15:18 (UTC +04:00)

Beynəlxalq Gənclər Günü qeyd olundu

Bu gün Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Mingəçevir Gənclər Evində  “Beynəlxalq Gənclər Günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edənlər Beynəlxalq Gənclər Gününün əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin Azərbaycan gənclərinin də beynəlxalq aləmə inteqrasiya olunması işinə töhfə verdiyini, gənclərimizin beynəlxalq aləmdə nüfuzunu artırdığını, beynəlxalq gənclər hərəkatına qoşulduğunu və s. uğurları dəstəklədiyini qeyd ediblər. 

Daha sonra müxtəlif şəhər və rayonlardan gəlmiş gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya, iqtisadiyyat və s. sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdiriblər. Təşkilatçılar tərəfindən onlara qazandıqları uğurlara görə diplom və hədiyyələr təqdim olunub.

Rəsmi hissənin sonunda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın da müxtəlif beynəlxalq günlərdə fəallıq göstərdiyini nümayiş etdirmək məqsədilə bu tədbir haqqında BMT-nin katibliyinə məlumat veriləcək və Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə gəncimizin hələ də öz yurd-yuvalarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması bildiriləcək.

Mərasim bədii hissə ilə davam etdirilib. 

Qeyd edək ki, 12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar