İsmayıllı rayonu, Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.