Bərdədə sürət can aldı: <span style="color:red;">həmkəndlisini öldürdü
19 may 2018 12:23 (UTC +04:00)

Bərdədə sürət can aldı: həmkəndlisini öldürdü

0

Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, mayın 18-də saat 22 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində kənd sakini Rizvan Şairov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmkəndlisi Xəlil Məmmədzadəni vurub.

 

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.

Faktla bağlı Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar