Bərdədə aptek yandı
22 may 2018 01:41 (UTC +04:00)

Bərdədə aptek yandı

0

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonunda ümumi sahəsi 156 m2 olan ikimərtəbəli aptek binasının 1-ci mərtəbəsində 5 m2 sahəyə yığılmış dərman preparatları və 1 ədəd kondisioner yanıb.

 

Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar