![BDYPİ Bakıda keçiriləcək UEFA-nın final olunu ilə əlaqədar məlumat yayıb](https://lent.az/storage/news/2019/may/20/big/aea7bdcc095de2e783a8ff296528cef7.jpg)
BDYPİ Bakıda keçiriləcək UEFA-nın final olunu ilə əlaqədar məlumat yayıb
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mayın 29-da Bakı şəhərinin Olimpiya Stadionunda UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə keçiriləcək final oyunu barədə tədbirlərə dair məlumat yayılıb.
İdarədən ONA-ya daxil olan məlumatda deyilir ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən
paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.
Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədi ilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edilir.
Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.
Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.
Məlumatda həmçinin paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az stifadə etmələrini, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət
etmələrini tövsiyə edilir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı](https://lent.az/storage/news/2024/july/26/big/66a3c5e14736e66a3c5e147370172200905766a3c5e14736566a3c5e14736a.jpg)
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 iyul 2024 , 19:48![Büroda vəkilin meyiti tapıldı - başından vurulub](https://lent.az/storage/news/2024/july/26/big/66a3b13d3fa6566a3b13d3fa6817220037734447cfb40efac2e199259b3cd6724fb3.jpg)
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 iyul 2024 , 19:46![Sumqayıtda yaşayış binasında yanğın oldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3bf70e406066a3bf70e4061172200740866a3bf70e405a66a3bf70e405d.jpeg)
Sumqayıtda yaşayış binasında yanğın oldu
26 iyul 2024 , 19:22![“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO](https://lent.az/storage/news/2024/july/26/big/66a3b91f9f22a66a3b91f9f22b172200579166a3b91f9f22466a3b91f9f227.jpg)
“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 , 18:54![Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ](https://lent.az/storage/news/2024/july/26/big/66a3a2a141a3f66a3a2a141a41172200003366a3a2a141a3966a3a2a141a3d.jpg)
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 , 18:41![1000-ə yaxın miqrant Rusiyadan qovulur](https://lent.az/storage/news/2024/july/26/big/66a39f5ee36a166a39f5ee36a2172199919866a39f5ee369b66a39f5ee369e.jpg)
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 iyul 2024 , 17:49![Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU](https://lent.az/storage/news/2024/july/26/big/66a339229862766a3392298628172197302666a339229862166a3392298624.jpg)
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 , 16:57![Keçmiş nazir barın yanında öldü](https://lent.az/storage/news/2024/july/26/big/66a396d3e7eab66a396d3e7eac172199701166a396d3e7ea666a396d3e7ea9.jpg)