APA -nın məlumatına görə, Sara Qədimovа küçəsi ilə hərəkət edən yük maşının sürücüsü Neftçi Qurban küçəsi ilə kəsişmədə idarə etməni itirib. Bu zaman avtomobil yol kənarında dayanan “ “Hyundai” markalı avtomobillə toqquşaraq aşıb.
Aşan yük maşını dolu olduğu üçün qəzadan sonra beton qarışığı asfalta dağılıb. Daha sonra yük maşının yanacaq çənində alışma təhlükəsi yaranıb. Dərhal hadisə yerinə gələn Səbail Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanacağın dağıldığı ərazini təmizləyiblər.
Qəza baş verən küçədə bir müddət yol bağlandığından ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.