Bakı şəhər Baş Polis İdarəsi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 16-sı saat 23:50 radələrində Binəqədi rayonu, Cavadxan küçəsində 1981-ci il təvəllüdlü Rəşad Kərimovun idarə etdiyi “Grand Cerokki” və 1975-ci il təvəllüdlü Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub. Nəticədə S.Abbasova hadisə yerində ölüb, sərnişinləri və digər sürücü isə KTM-ə yerləşdirilib.
Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var. O, axar.az saytının əməkdaşıdır.