BANM-da Avstriya rəsmilərilə görüş olub
06 noyabr 2013 10:17 (UTC +04:00)

BANM-da Avstriya rəsmilərilə görüş olub

Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer – Kaybiç, Avstriyanın İqtisadiyyat, Ailə və Gənclər Nazirliyinin Enerji və Mədən  Departamentinin  direktor müavini, Federal Qazma İdarəsinin rəhbəri Artur Maurer, Avstriyanın Leoben Montan   Universitetinin Neftin İstehsalı və Emalı şöbəsinin müdiri Herbert Hofstatter və ARDNŞ-nin Avstriyadakı Nümayəndəliyinin rəhbəri Gülmirzə  Cavadov Bakı Ali Neft Məktəbində olublar. Bu barədə Lent. az-a ali məktəbdən məlumat verilib.

Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor Elmar Qasımov    hazırda  yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun istifadəyə veriləcəyini söyləyib.

Görüşdə iştirak edən Avstriyanın  İqtisadiyyat,  Ailə və Gənclər  Nazirliyinin  Enerji və Mədən  Departamentinin  direktor müavini bildirib ki, Azərbaycan neft ixracı sahəsində tarixi təcrübəyə malik bir ölkədir və bu gün də bu sahə günü –gündən inkişaf edir.

Avstriyanın  Azərbaycandakı  səfiri  Bakı Ali Neft  Məktəbinə ikinci  gəlişindən məmnunluq  hissləri  keçirdiyini  bildirib. Səfir Azərbaycanda  müasir tipli texniki ali məktəbin yaradılmasının  çox  vacib   olduğunu  vurğulayıb. O, qeyd edib ki, Avstriya hökuməti  təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında  maraqlıdır . Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın  tanınmış Leoben   Montan  Universiteti   və digər  təhsil və tədris  mərkəzləri arasında  əməkdaşlıq əlaqələrinin yaradılması  üçün  lazımi  tədbirlərin  həyata keçirilməsinə  hazır  olduğunu  bildirib.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Leoben Montan Universiteti arasında  gələcək əməkdaşlığın  perspektivləri və  birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar