Balakəndə narkotik maddə laboratoriyası aşkar edidi<span style="color:red;"> - FOTO
24 may 2018 17:32 (UTC +04:00)

Balakəndə narkotik maddə laboratoriyası aşkar edidi - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis şöbəsinə daxil olmuş məlumat əsasında  Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan

57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb. Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb. Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində əməliyyat və istintaq tədbirləri davam etdirilir.Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis şöbəsinə daxil olmuş məlumat əsasında  Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalovun fərdi yaşayış evinə baxış keçirilib. Nəticədə həmin şəxsin evinin 1-ci mərtəbəsində xüsusi örtüklə izolə edilmiş narkotik tərkibli bitkilərin yetişdirilməsi və emalı üçün nəzərdə tutulmuş istilikvermə cihazları, buxarlandırma sistemləri və digər texniki ləvazimatlarla təchiz edilmiş xüsusi laboratoriya aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan

57 kiloqram 345 qram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 2 tüfəng, 6 ədəd patron, optik-gecəgörmə qurğusu,1 ədəd soyuq silah hesab edilən beşbarmaq tipli bıçaq tapılıb. Əməliyyat tədbirlərinin davamı olaraq evin həyətyanı sahəsinə əlavə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə əkilərək aqrotexniki qaydada qulluq edilən 40 ədəd, laboratoriyadan isə 95 ədəd çətənə bitkisinin kolları müəyyən edilərək götürülüb. Narkotik vasitələr və silahlar müvafiq protokol tərtib olunaraq müsadirə olunub və maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar