Balakəndə 82 yaşlı kişi maşınla piyadanı vurdu
15 oktyabr 2014 23:10 (UTC +04:00)

Balakəndə 82 yaşlı kişi maşınla piyadanı vurdu

Balakəndə 82 yaşlı kişi idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən piyadanı vurub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 150-ci kilometrliyində, Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib.

 

1932-ci il təvəllüdlü, Balakən rayonu Kortala kənd sakini Məhəmməd Əhməd oğlu Eminov idarə tediyi “VAZ 2106” markalı “10 ME 436” dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü, Balakən rayonu Katex kənd sakini Elmihəyat Nurmöhmə qızı Baydarovanın vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 55 yaşlı Elmihəyat Baydarova Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

 

Balakən RMX-dan APA-ya verilən məlumata görə, Elmihəyat Baydarova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar