Bakının Xətai rayonunda piyadanı avtomobil vurub
25 may 2019 04:07 (UTC +04:00)

Bakının Xətai rayonunda piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda 31 yaşlı kişini avtomaşın vurub.

 

ONA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsində baş verib.

 

Minik avtomobili 1988-ci il təvəllüdlü Paşayev Elmin Hatəm oğlunu vurub. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol ayağın əziyi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilən E.Paşayevin vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274
avatar

Oxşar yazılar