Bakıda dələduzluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən il dekabrın 30-dan cari il yanvarın 21-dək olan müddətdə Səbail rayonu ərazisindəki ticarət mərkəzlərindən birində naməlum şəxs Bakı şəhər sakinləri Elman Şirinovu, Şair Mirzəyevi və Namiq İbrahimovu aldadıb mobil telefonlarını alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakini Murad Mehdizadə tutulub.
Araşdırmalar davam etdirilir.