Bakının Binəqədi rayonunda 9 yaşlı uşağı elektrik cərəyanı vurub
25 may 2019 01:39 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 9 yaşlı uşağı elektrik cərəyanı vurub

0

Bakıda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.

 

ONA xəbər verir ki, hadisə Binəqədi rayonu, K.Rəhimov küçəsində baş verib.

 

2010-cu il təvəllüdlü Hüseynov Natiq Ziyarət oğlu evlərinin həyətində oynayarkən elektrik dirəyinə toxunub və elektrik cərəyanının vurması nəticəsində xəsarət alıb. Azyaşlı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qapalı kəllə-beyin travması, alın və bədənin sıyrılmış yaraları diaqnozu qoyulub.

 

N.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1655

Oxşar yazılar