Bakıda zəncirvari qəza baş verib
25 oktyabr 2014 07:57 (UTC +04:00)

Bakıda zəncirvari qəza baş verib

0

Bakının Yasamal rayonunda qəza baş verib. Lent.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə,  hadisə  Şərifzadə -163 ünvanında qeydə alınıb. Hələlik  sürücüsü  məlum olmayan  "Mitsubishi" markalı minik maşını işıqforun qırmızı işığında dönmək istəyən "Mercedes"i daha sonra isə "Wolsvogen"i vurub. Baş verən qəzada xəsarət alan olmasa da hər 3 avtomobilə ziyan dəyib. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. İlkin ehtimallara görə qəzanın baş verməsinə "Mercedes"in sürücüsü səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 883

Oxşar yazılar