Astarada yaşayış binasında yanğın: <span style="color:red;">20 nəfər təxliyə edilib
08 may 2019 09:20 (UTC +04:00)

Astarada yaşayış binasında yanğın: 20 nəfər təxliyə edilib

0
Astarada yanğın qeydə alınıb.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb.
 
Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1314

Oxşar yazılar