Bakıda yeniyetməni avtomobil vurub
01 noyabr 2019 04:20 (UTC +04:00)

Bakıda yeniyetməni avtomobil vurub

0

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası 7-ci mikrorayon ərazisində baş verib.

2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun piyadalar üçün  müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 868

Oxşar yazılar