Bakıda yeni tuneldə zəncirvarı qəza: 4 maşın toqquşdu
08 noyabr 2014 06:29 (UTC +04:00)

Bakıda yeni tuneldə zəncirvarı qəza: 4 maşın toqquşdu

0

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov Prospektində, "Xutor" qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı Nurəddin Qocayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə "Mercedes" toqquşub. Zərbənin gücündən yük maşını "Chevrolet"ə daha sonra isə, "Daewoo"ya çırpılıb.  Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin  araşdırma zamanı məlum olub ki, qəzaya yük maşınının tunelə sürətlə daxil olması səbəb olub.

 

Qəzadan sonra tuneldə tıxac yaranıb. Avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.  Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2817

Oxşar yazılar