Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonunda baş vermiş yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, taxta konstruksiyadan ibarət, ümumi sahəsi 1200 m² olan ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində bir neçə vətəndaşa məxsus mənzillər 75 m² sahədə yanıb. Mənzillərin qalan hissəsi və yaxınlıqdakı digər binalar yanğından mühafizə olunub. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
15:08
Bakı şəhərinin Yasamal rayonu ərazisində bina yanır. Lent.az xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsində, Mərkəzi Univermağın yaxınlığında yaşayış binasında yanğın başlayıb. Açıq alovla müşahidə edilən yanğın nəticəsində ətrafa qatı tüstü yayılıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.