Avtomobildə baş verən yanğın söndürüldü- <span style="color:red;">YENİLƏNİB
06 iyun 2014 17:26 (UTC +04:00)

Avtomobildə baş verən yanğın söndürüldü- YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda avtomobilin yanması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

***

14.43

 

Bakıda avtomobildə baş verən yanğın söndürülüb.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində “VAZ-2106” markalı avtomobildə baş verən yanğın söndürülüb və yanğının yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

 

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

 

Yanacaqdoldurma məntəqəsi artıq işini bərpa edib.

 

 
 
***
 
 
14:02
 
 
Bakıda avtomobil yanır.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

 

Avtomobildə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hadisə yanğınsöndürmə məntəqəsinin yaxınlığında baş verdiyi üçün ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Hazırda yanğının qarşının alınması istiqamətində tədbirlər davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494

Oxşar yazılar