Ötən axşam Bakıda və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus üçmərtəbəli evin zirzəmisində ümumi sahəsi 5 kv.m olan par otağının taxtadan ibarət üzlüyü yanıb və yüksək temperaturdan ümumi sahəsi 60 kv.m olan saunanın alçipandan ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Xaçmaz rayonu, Yergüc kəndində (rayon mərkəzindən 10 km aralı) isə vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan köməkçi tikilinin lambirdən ibarət tavanı 48 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.