Bakıda və Bərdədə ev yandı
18 mart 2017 08:03 (UTC +04:00)

Bakıda və Bərdədə ev yandı

0

Bakıda və Bərdədə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanıb və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bərdə rayonu, Əyricə kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 120 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar