Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 05 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Namiq Gülmalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Mustafa Bayacını vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.