Bakıda təcili yardım həkimləri döyüldü
30 yanvar 2016 10:46 (UTC +04:00)

Bakıda təcili yardım həkimləri döyüldü

0

Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.

 

Virtualaz.org xəbər verir ki, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri hadisə yerindən güclə uzaqlaşa biliblər.

 

Hazırda Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar