Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Axtarış İdarəsi, Metropolitendə Polis Şöbəsi, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobil qaçırmada və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü Emil İsmayılov tutulub. Şübhəli şəxs avqustun 28-da Əmircan qəsəbəsi E.Həsənov küçəsindən İslam Teymurova məxsus "Vaz-2107" markalı, sentyabrın 9-da Əmircan qəsəbəsi C.Əliyev küçəsindən Böyükağa Cabbarova məxsus "Vaz-2105" markalı, oktyabrın 9-da Vahid Şıxbabayevə məxsus "Vaz-2105" markalı avtomobilləri qaçırmaqda təqsirləndirilir. Emil İsmayılovun ətrafında keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, o, 1997-ci il təvəlüdlü Zahir Əzizov və 1998-ci il təvəllüdlü İlqar Müslümlü ilə birlikdə noyabrın 1-nə keçən gecə, Bül-bülə qəsəbəsi S.Əliyev küçəsində yaşayan Məhərrəm Rzayevə məxsus "Vaz 2106" markalı avtomobildən, açar seçmə yolu ilə qiymətli əşyaları və şəxsi sənədləri talayaraq, avtomobilə maddi ziyan vuraraq oğurluq törədiblər. Birgə keçirilən əməliyyat–axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən qrupun digər üzvləri - Z.Əzizov və İ.Müslümlü tutularaq, məsuliyyətə cəlb edilib.
Tutulan şəxlər ətrafında əməliyyat-istinaq tədbirləri davam etdirilir.