Bakının Binəqədi rayonunda sexdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, keramika sexinin ərazisində yığılmış taxta taralar, hamam otağının yanar konstruksiyaları, yaxınlıqda yerləşən, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli ofis binasının dam örtüyünün yanar konstruksiyaları və tavanı 55 kv.m sahədə yanıb.
Hər iki sexin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.