Bakıda şadlıq evində qadın cinayət törətdi
15 oktyabr 2014 10:28 (UTC +04:00)

Bakıda şadlıq evində qadın cinayət törətdi

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 10-da Məhsəti küçəsində yerləşən şadlıq evində masanın üzərindən Mingəçevir şəhər sakini Nazilə Ələsgərovanın içərisində 270 manat, 2 ədəd ətir, mobil telefon 2 ədəd MP3 diski olan əl çantası oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova saxlanılıb.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2582
avatar

Oxşar yazılar