Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Bakı şəhər sakini Vüsal Rəhimliyə məxsus içərisində 200 manat pul və məişət əşyaları olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Murad Qurbanov və Nəsimi Əlixanov tutulub.
Araşdırma aparılır.