Bakıda qırğın gecəsi:<span style="color:red;"> 6 ölü
03 mart 2014 10:06 (UTC +04:00)

Bakıda qırğın gecəsi: 6 ölü

Martın 3-nə keçən gecə Bakıda baş vermiş yol qəzalarında 6 nəfər həlak olub. Lent.az-ın məlumatına görə, ən ağır qəza Xəzər rayonunda baş verib. Binə qəsəbəsində "Opel", VAZ-21011 və “Mercedes”in toqquşması 3 nəfərin ölümünə, daha 4 nəfərin isə yaralanmasına səbəb olub.

 

Digər 3 nəfər Sabunçu rayonunda baş vermiş hadisələrin qurbanı olub. Belə ki, Şəhər şosesində iki müxtəlif hadisə zamanı iki piyada həlak olub. Bilgəh qəsəbəsində “VAZ 2106”-nın hasara çırpılması sürücünün həyatına son qoyub. Sabunçu rayonunda baş vermiş qəzalarda ölən 3 nəfərin hamısı gənclər olub.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9038
avatar

Nizam Rza

Oxşar yazılar